İranlı jurnalistdən "tikanlı sözlər": "İsrail raket zərbələri alır, amma biz onun səsini Bakıda eşidirik!"
İranlı məmur və yazı adamlarının rəsmi Bakıya qarşı tikanlı sözlərdən ibarət qərəzli fikir və ifadələri çoxdan ənənəvi hal alıb. Belə ki, bu gün bu səpgidə qərəzli sözlər Vəhid Fərxonde adlı jurnalistin sosial media hesabında yer alıb.
İranlı jurnalist və daim anti-Azərbaycan verilişlərini yayımlayan “Kelidvaje” Youtube kanalının rəhbəri olan Vəhid Fərxonde özünün sosial şəbəkə hesabında Azərbaycanın 4 İran diplomatını ölkədən qovması xəbərini, habelə dünən Livan və Qəzzadan İsrailin raket atəşinə tutulması videosunu paylaşaraq yazıb: “İsrail raket zərbələri alır, amma biz onun səsini Bakıda eşidirik!”.
Göründüyü kimi, jurnalist peşəsinə baxmayaraq, həqiqətləri təhrif etməklə kifayətlənməyən iranlı "qələm sahibi" ölkəsinin biabırçılığını ört-basdır etmək və İranlı diplomatların qovulmasının əsl səbəblərini gizlətmək üçün məsələni başqa cür qələmə verir. Amma bir xalq məsəlində olduğu kimi, "Dəvəquşu başını quma salanda, elə bilir heç kim onun əndamının çöldə qalan hissəsini görmür..."
Ülviyyə, Hurriyyet.az