İranlı millət vəkili: “Tehran və Bakı arasında birgə hərbi təlimin keçirilməsi davamlı sülh və təhlükəsizlik yaradacaq”
İran parlamentinin Rəyasət Heyətinin üzvü Məhəmməd Rəşidi bildirib ki, “Tehran və Bakı arasında birgə hərbi təlimin keçirilməsi davamlı sülh və təhlükəsizlik yaradacaq”. Rəşidi bu fikri "Mehr News"a müsahibəsində deyib:
“İran və Azərbaycan arasında birgə hərbi təlimin keçirilməsi mütləq müsbət nəticə verəcək və regionda davamlı sülh və təhlükəsizlik yaradacaq".
O, İran və Azərbaycanın Xəzər dənizində birgə təlim keçirmək barədə razılığına toxunaraq bildirib:
“Region ölkələri ilə qonşu dövlətlər arasında istənilən birgə təlimin keçirilməsi davamlı sülh və sabitlik nümayiş etdirəcək və yad qüvvələrin region ölkələrinin və qonşularımızın işlərinə qarışmamalı olduğu mesajını verəcək”. Bu sözlər əslində onun dilindən İranın müəllifi olduğu xəbərdarlıqdır.
Onun sözlərinə görə, ABŞ və “qəsbkar sionist rejim” ciddi şəkildə Azərbaycan ilə region dövlətləri, o cümlədən İran arasında fikir ayrılığı yaratmağa çalışıb və indi də buna cəhd edir. Amma indiyədək tərəflər arasında vəziyyətin uğurlu idarə edilməsi və qarşılıqlı əlaqələr bu mübahisələrin kəskinləşməsinə mane olub.
Ülviyyə, Hurriyyet.az