📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranlı millət vəkilindən internetin məhdudlaşdırılmasına ETİRAZ: "Biz nə vaxtadək texnologiya ilə mübarizə aparacağıq?"

2022-07-06 14:26:00

İranlı millət vəkilindən internetin məhdudlaşdırılmasına ETİRAZ:

İranlı millət vəkili , "Biz nə vaxtadək texnologiya ilə mübarizə aparacağıq?" ifadələri ilə ölkədə internetin məhdudlaşdırılmasına etirazını açıqlayıb. Bu millət vəkili İran İslam Şurası Məclisinin üzvü Qulamrza Nuri Qızılcadır. O, ölkə əhalisinin 80%-nin telefonlarda VPN-dən istifadə etdiyini deyib.
O, İranda internetin məhdudlaşdırılmasını nəzərdə tutan "kiberməkanın qorunması planı" adlı qanun layihəsi ilə bağlı bildirib ki, parlamentin sədri artıq sözügedən layihəni Ali Kiberməkan Şurasına göndərib.
İLNA-ya açıqlamasında, millət vəkili habelə qeyd edib: "Statistik rəqəmlər göstərir ki, əhalinin 80%-i filtr və VPN proqramlarından istifadə edir və bu göstərici Avropa İttifaqı ölkələrində tam olaraq 10%-dən daha aşağıdır".
"Nə vaxta qədər texnologiya ilə mübarizə aparmağı düşünürük? Bir vaxtlar radio, televiziya, video və peyk antenası ilə mübarizə aparırdıq, qarşısını ala bildikmi? Texnologiyanın inkişafı ilə savaşmaq, onun qarşısını almaq və ona qarşı mübarizə aparmaq heç mümkündür?".

Ülviyyə, Hurriyyet.az