İranlı müəllimlər Rusiya universitetlərində islam dinini tədris edəcəklər
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının rəhbəri Məhəmməd Mehdi İmanipur Rusiya ilə İranın uzunmüddətli İslam təhsili proqramları üzərində işlədiklərini, Rusiya universitetlərinin İrandan müəllimlər cəlb etməyə hazırlaşdıqlarını bildirib. O deyib: “Biz indi Sankt-Peterburq Universiteti ilə müəllimlərimizlə birgə uzunmüddətli əsasda tədrisi necə təşkil etmək məsələsi üzərində işləyirik. Oxşar proqramlar digər universitetlərlə də mümkündür”. Rusiyanın cənub bölgələri artıq iranlı mütəxəssislər tərəfindən İslam dini tədrisi üçün müraciət etməyə başlayıblar.
Məhəmməd Mehdi İmanipurun sözlərinə görə, İran həmçinin tələbələrə - iranlıların Rusiya universitetlərində, rusların isə İran universitetlərində təhsil alması üçün qrant verməyə hazırdır.
O əlavə edib ki, iranlı mütəxəssislər hazırda Moskva, Sankt-Peterburq və Rusiyanın cənub şəhərlərində Rusiyada İslamla bağlı qısa kurslar tədris edirlər. Fars dilinin tədrisi üçün uzunmüddətli proqram hazırlanıb.
Hürr Tərcüman