📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranlı nazirdən ANONS: “Şimal-Cənub dəhlizinin qalan hissəsi Qərbi Azərbaycan əyalətində tamamlanacaq”

2023-06-23 15:09:00

İranlı nazirdən ANONS: “Şimal-Cənub dəhlizinin qalan hissəsi Qərbi Azərbaycan əyalətində tamamlanacaq”

İranın Yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş ölkəsi və Türkiyə arasında Qərbi Azərbaycan əyaləti üzərindən əlaqələrin möhkəmləndirilməsinin İran İslam Respublikası üçün vacib olduğuna işarə edərək, Şimal-Cənub dəhlizinin üçdə birinin qalan 20 faizinin hazırkı hökumət dövründə Qərbi Azərbaycan əyalətində tamamlanacağını bildirib. 
Türkiyə ilə sərhəddə Razi gömrük məntəqəsinin açılış mərasimində çıxış edən iranlı nazir əlavə edib: “Qərbi Azərbaycan əyaləti strateji cəhətdən Şimal-Cənub dəhlizində yerləşir, hansı ki, ölkənin qərbindəki Bazərqan sərhədindən başlayaraq Fars körfəzi sərhədindəki “İmam Xomeyni” limanına çatır”.
Onun sözlərinə görə, sözügedən marşrutun və Şimal-Cənub dəhlizinin tamamlanması ölkəni yüksək tranzit imkanları ilə təmin edəcək və ticarət sahəsində çoxlu imkanlar yaradacaq. 

Ülviyyə, Hurriyyet.az