İranlı rəsmilər Azərbaycanafobiadan əziyyət çəkirlər?
44 günlük savaşdan sonra heç cür özünə gələ bilməyən İran ölkəmizə qarşı xəbisliyini hər fürsətdə biruzə verir. Demək olar ki, Azərbaycana qarşı hiddət dolu fitnəkar ifadələr siyasi sferadan tutmuş molla təbəqəsi mənsublarına qədər bir çox İranlı simaların "adətkərdə olduğu" şakərə çevrilib. Hətta anti-Azərbaycan ritorika belə desək, bir növ İranlı rəsmilərin mərifətinə də çevrilib. Həftə səkkiz-mən doqquz anti-Azərbaycan ifadələr paylaşırlar. Sağduyulu saglam düşüncə tərzi İran rəsmilərin ifasında bir növ inanılmaza çevrilib. Demək olar ki, günaşırı əleyhimizə ortalığa atılan ifadələr İran "dövlətçiliyi"nin xarakterik xüsusiyyətinə, mahiyyətinə dönüb. Belə ki, bu dəfə İranın Bakıdakı keçmiş səfirinin Zəngəzur dəhlizi ilə bağlı cəfəng fikirləri ilə meydana atılıb.
İrandan idarə olunan “Nardaran313” Telegram kanalı İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlərini dərc edib.
"Mən arzu edirəm ki, İrana məxsus olan və Gülüstan, Türkmənçay, Axal və s. anlaşmalar əsasında İrandan ayrılan bütün torpaqlar yenidən İrana birləşdirilsin.
Amma bu fikirlər indiki beynəlxalq sistemdə yuxu kimi bir şeydir, xüsusən də İran kimi bir ölkə üçün. Milli maraqları təmin etmək üçün müsbət ideyalara, planlara ehtiyac var. Mənfi addımlar baha başa gəlir və istənilən nəticəni vermir.
Nüvə sazişinin bərpası uğursuz olarsa, Amerika və müttəfiqlərinin düşündüyü planlardan biri də İranı ukraynalaşdırmaqdır və bu yöndə belə planlardan istifadə etmək olar”.
Göründüyü kimi, müxtəlif səviyyəli indiki və keçmiş rəsmilər tərəfindən dilə gətirilən əsassız iddiaların yuxu olması anlaşılır, amma durumun tam fərqində olmaq üçün yetərli deyil.
Ülviyyə, Hurriyyet.az