📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranlı sabiq səfir Azərbaycana "ağıllı addım atmağı" məsləhət gördü

2023-04-11 14:03:00

İranlı sabiq səfir Azərbaycana

Anti-Azərbaycan mövqeyi ilə ad çıxarmış İranlı diplomat Mohsen Pakayin Tvitter hesabında ünvanımıza qərəzli tvit paylaşıb. Buna "məsləhət" də demək olar.
Mohsen Pakayin özünün sosial media yazdığı qərəzli paylaşımında iki ölkə arasında yaranan gərginlikdə Azərbaycanı suçlamağa çalışıb:
“İran-Azərbaycan münasibətlərinin bərpası üçün vasitəçiyə ehtiyac yoxdur. Azərbaycan ağıllı addım atarsa, fikir ayrılıqları aradan qaldırıla, münasibətlər bərpa oluna bilər. İnformasiya müharibəsi kin-küdurəti artırmaqdan başqa heç nəyə xidmət etmir”.

Maraqlıdır, keçmiş səfir "ağıllı addım" dedikdə nəyi nəzərdə tutur? Ermənistan kimi üzüyola olmağı?

Ülviyyə, Hurriyyet.az