İranlı siyasi ekspert Bakı-Tel-Əviv münasibətlərinə yanaşma-Qarabağda İsrail təhdidini ciddi qəbul etmək lazımdır
“İran diplomatiyası” saytı siyasi ekspert Mohsen Pirniyanın, “Bakı dost ya düşmən?! İsrail Qarabağda təsirini genişləndirməyə can atır” başlıqlı yazısını dərc edib. Yazıda deyilir:
“Bu ilin martında Azərbaycan ilk dəfə İsraildə səfirlik açıb. Bu üzdən Hersoqun Bakıya səfəri XİN başçısı Ceyhun Bayramovun Fələstinə səfəri ilə Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılmasından sonra tərəflər arasında münasibətlərin istiləşməsinin davamı olaraq baş tutub.
Xüsusən ona görə ki, Hersoq rəsmi olaraq ilk dəfədir Azərbaycana səfər edir. Bu baxımdan bəziləri hesab edir ki, İsrail İran sərhədləri yaxınlığında yerləşən Azərbaycanın və Qarabağ bölgəsinin geosiyasi mövqeyindən sui-istifadə etməyə çalışır. Ona görə, Təl-Əvivin son günlərdə və həftələrdə diplomatik fəaliyyətini davam etdirməsi ciddi qəbul edilməlidir.
O, iddia edib ki, İranın şimal sərhədlərində və xüsusilə Qarabağda İsrail təhdidini ciddi qəbul etmək lazımdır. Çünki, ekspertə görə, İsrail son illər Azərbaycanla sıx hərbi, siyasi və iqtisadi əməkdaşlıq qurub...
Ülviyyə, Hurriyyet.az