📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranlı sürücünün Ermənistanla sərhəddə döyülməsi faktı üzrə cinayət işi açıldı

2024-07-13 17:35:24

İranlı sürücünün Ermənistanla sərhəddə döyülməsi faktı üzrə cinayət işi açıldı

İran vətəndaşının İran İslam Respublikası-Ermənistan sərhədində döyülməsi fakt üzrə Ermənistan İstintaq Komitəsi cinayət işi başladıb.

"Report" “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.

Onun sözlərinə görə, İran vətəndaşı zərərçəkmiş şəxs kimi tanınıb və dindirilib. O, şikayətinin olmadığını bildirib.

Qeyd edilib ki, məhkəmə tibbi ekspertizası İran vətəndaşının hadisə zamanı sərxoş olduğunu müəyyənləşdirib.

Hadisəni törətməkdə şübhəli bilinən 25 yaşlı Ermənistan vətəndaşı polis şöbəsinə gedərək əməlini etiraf edib.

Qeyd edək ki, zərərçəkən sürücüdür.