İranlı təhlilçi özünə "əl qatdı": ABŞ-ın Ermənistana qəbul etdirmək istədiyi qara sülh “Artsaxın” Bakıya təslim olması ilə nəticələnəcək
İranın "ermənipərəst" eksperti (əslində iranlı ekspert ermənipərəst olmasa idi təəccüblü olardı) Ehsan Movəhhediyan Tvitter hesabında Azərbaycana qarşı adətkərdə olduğu və qanına işləmiş qərəzdən əl çəkə bilmir. Belə ki, o, Qarabağ bölgəsini qərəzli şəkildə "Artsax" formasında təhrif edərək yazıb:
"ABŞ-ın İrəvana qəbul etdirmək istədiyi qara sülh Artsaxın Bakıya təslim olması, erməni soyqırımı və miqrasiyası, demoqrafik dəyişiklik yolu ilə İran sərhədi yaxınlığında yeni təhlükə ocağının yaranması, Sünikdə dəhliz ideyasının reallaşması cəhdi, rusların bölgəni tərk etməsi, İranın isə ABŞ, İsrail, Türkiyə və NATO tərəfindən mühasirəyə alınması ilə nəticələnəcək.
Ermənistanın müqaviməti həmin məqsədlərə çatmaq üçün yeni savaşın başlanmasına səbəb olacaq ki, diqqətlərini rahat şəkildə İrana yönəldə bilsinlər. Naxçıvandan Angğakot kəndinə, oradan isə Sisiana və qarşı tərəfdən Gorisə hücum edərək Sisiana çatmaq və Ermənistanın cənubunu işğal etmək planı mümkündür və hər iki tərəfdə qüvvələrin cəmləşdirilməsi prosesi gedir. İran yenə öz mövqeyində qalmalıdır!"
P.S. Görünür, gün ərzində iki ton narkotik istifadə edən digər iranlılar kimi, bu İranlı ekspertin də narkotikin təsirindən beyni dumanlanıb və halüsinasiyaya qapılıb.
Ülviyyə, Hurriyyet.az