📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranlı zəvvarların çantalarında insan skeletləri aşkarlandı

2023-09-07 12:27:23

İranlı zəvvarların çantalarında insan skeletləri aşkarlandı

İranlı zəvvarların çantalarında insan skeletləri aşkarlandı. Bu barədə “Hamshahri Online” qəzeti xəbər verib. Qəzetin verdiyi xəbərə görə, özləri ilə kişi və qadın skeletləri daşıyan iki iranlı Ərbəin zəvvarı polis qüvvələri tərəfindən aşkarlanıb.

Məlumata görə, skeletlər 28 və 6 il öncə ölən insanlara məxsusdur.

Saxlanılan iranlılar skeletlərin valideynlərinə məxsus olduğunu deyib. Onların sözlərinə görə, ata və anası İraqda dəfn olunmaları barədə övladlarına vəsiyyət etdikləri üçün onların skeletlərini özləri ilə aparırdılar.

Ülviyyə, Hurriyyet.az