📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranyönlü "“Hüseynyun” terror qruplaşmasından həyasız açıqlama...

2023-03-29 15:53:00

İranyönlü

Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafaya silahlı hücumun ardınca bu əməlin İrandan qidalanan terror olduğunu bir çoxları səsləndirdi. Belə görünür ki, Tehrandakı səfirliymizə hücumla başlayan İran terroru dayanmaq fikrində deyil.

Belə ki, “Hüseynyun” terror qruplaşmasının üzvü Rza Ağalı İnstagram səhifəsində Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafanın "öldürulməsi" ilə bağlı yanlış məlumat verərək, cinayət hadisəsinin molla rejimi tərəfindən həyata keçirildiyinə eyham vurub:
“Hələ çox Fazil Mustafa kimi Əhli-beytə hürən itlər ölkədə qotur tutacaq!”

P.S. Görünür, qotur Tehranın qotur əlaltıları layiqincə cəzalanmayınca, İran özünə yığılmayacaq. 

Ülviyyə, Hurriyyet.az