📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İraq 4 min nəfərə yaxın vətəndaşını Belarusdan geri qaytardı

2021-12-14 14:10:00

İraq 4 min nəfərə yaxın vətəndaşını Belarusdan geri qaytardı

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, İraq Xarici İşlər Nazirliyi 3 556 nəfər vətəndaşın Belarusdan geri qaytarıldığını bildirib.

İraq XİN mətbuat katibi Əhməd Sahhaf yerli mətbuata açıqlamasında deyib: "İndiyə qədər 3 556 nəfər insanı Belarusdan İraqa geri qaytardıq. Pasportunu itirmiş 383 nəfəri müvəqqəti pasportla təmin etmişik”.

İraqda yaşayış şəraitinin ağır olduğu səbəbindən çox sayda miqrant qrupları daha yaxşı yaşamaq xəyalı ilə Avropaya getmək üçün yay aylarından bəri Belarus sərhədində ağır şəraitdə gözləməkdədirlər.

Hürr Tərcüman