İraq hökuməti xarici hərbçiləri ölkədən çıxarmağa çalışır
2024-01-06 15:19:00
Hurriyyet.az xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şiə əs Sudani ölkə xarici hərbçilərin hamısının ölkə ərazisindən çıxarılmasının başlandığını bəyan edib. Bu barədə məlumatı “Röyters” agentliyi verib. Agentliyin məlumatına görə, baş nazir koalisiya qüvvələrinin İraq ərazisində fəaliyyətinin dayandırılmasına şərait yaradılması üçün xüsusi komitənin yaradılacağını bildirib. Həmin komitəyə xarici orduların təmsilçiləri də daxil olacaq.
Əs Sudani bu açıqlamanı Bağdadda səhra komandiri Muştaka əl Cavarinin amerikalılar tərəfindən öldürülməsinin ertəsi günü deyib. ABŞ onun başçılıq elədiyi qruplaşmanı İraqdakı ABŞ bazalarının əməkdaşlarına hücumda, həmçinin, Bağdaddakı səfirliyin mina atəşinə tutulmasında ittiham edir.
Hürr Tərcüman