📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İraq İrana nota verdi

2022-09-29 20:26:00

İraq İrana nota verdi

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Şimali İraq Kürd Respublikasına atəş zərbələri endirdiyi üçün İraq İrana nota verib.

Bununla əlaqədar  sentyabrın 29-da İranın Bağdaddakı səfiri Məhəmməd Kazım əl Sadiq İraqın Xarici İşlər Nazirliyinə çağrılıb və ona İraq ərazisinin atəşə tutulmasının qəbuledilməz olduğu bildirilib.

Xarici İşlər Nazirliyinin açıqlamasında İranın İraqın suverenliyinə hörmət etməli və qonşu ölkənin ərazisində hərbi əməliyyatlar keçirməyi dayandırmalı olduğu bildirilir.

İraq mətbuatında gedən xəbərlərə görə, İraqdakı Kürd Muxtariyyətinin bombalanması nəticəsində 13 nəfər həlak olub, 50 nəfərdən çox adam yaralanıb.

Hürr Tərcüman