📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İraq İrana nota verdi

2024-01-16 13:35:13

İraq İrana nota verdi

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Tehranın Ərbil şəhərindəki ABŞ bazalarına ballistik raket hücumları ilə əlaqədar İraqın Xarici İşlər Nazirliyi İranın Bağdaddakı müvəqqəti işlər vəkili Əbu əl Fədl Əziziyə etiraz notası təqdim edib.
Bu barədə məlumatı İraq XİN verib.
İraq XİN-in açıqlamasında deyilir: "Bu hücum İraq Respublikasının suverenliyinin açıq-aşkar pozulmasıdır və mehriban qonşuluq prinsiplərinə tamamilə ziddir".
Hürr Tərcüman