İraq kəşfiyyatından xüsusi əməliyyat: Bağdadinin müavini ələ keçdi
2021-10-12 00:18:00
İraqın Bş naziri Mustafa əl-Kazımi İŞİD terror qruplaşmasının keçmiş lideri Əbubəkr əl-Bağdadinin müavini, maliyyə məsələlərinə nəzarət edən Sami Casimin saxlanıldığını açıqlayıb.
"Təhlükəsizlik qüvvələri ölkədə keçirilən parlament seçkilərini qoruduğu halda, onların kəşfiyyatda çalışan həmkarları İŞİD-in maliyyə məsələlərinə cavabdeh Sami Casimin tutulması üçün ən çətin əməliyyatlardan birini icra ediblər”, - deyə baş nazir bildirib.
Qeyd olunur ki, terrorçunun saxlanılması ilə bağlı əməliyyat ölkə xaricində həyata keçirilib. \\Manşet.az