📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İraq Kürdüstanı Ceyhan üzərindən neft nəqlini müvəqqəti olaraq dayandırıb

2023-02-07 10:07:00

İraq Kürdüstanı Ceyhan üzərindən neft nəqlini müvəqqəti olaraq dayandırıb

İraqdan Türkiyəyə neft daşıyan Kərkük-Ceyhan boru kəməri və Bakı-Tbilisi-Ceyhan boru kəmərinə zəlzələ nəticəsində zərər dəyməyib və neft ötürülməsi davam edir.
Lakin Türkiyənin cənubundakı Ceyhan neft terminalında iş dayandırılmalı olub.
İraq Kürdüstanı Ceyhan üzərindən neft nəqlini müvəqqəti olaraq dayandırıb. "Neft ixracı hərtərəfli boru kəməri təftişi başa çatdıqdan sonra bərpa olunacaq", deyə nazirliyin bəyanatında deyilir.
Şərqi Aralıq dənizindəki terminal zəlzələnin episentrindən təxminən 155 km aralıda yerləşir.

Ülviyyə, Hurriyyet.az