İraq şiələri İsrailə PUA hücumu ediblər
2024-07-10 11:54:59
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İraq şiələri İsrailin ən böyük elektrik stansiyasına dronla hücum etdiklərini bəyan ediblər.
"İraq islam müqaviməti" hərəkatı ötən gecə İsrailin şimal-qərbindəki "Orot Pabin" elektrik stansiyasına zərbələr endiriblər. Bu barədə hərəkatın "Teleqram" kanalında məlumat verilib. Hücumun səbəbinin "Fələstinin dinc əhalisinin kütləvi şəkildə qırılmasına cavab" olduğu bildirilib.
"Əl Məyadin" telekanalının məlumatına görə, "Orot Rabin" - İsrailin ən böyük elektrik stansiyasıdır.
İsrail dövləti hələlik bu hücumla bağlı rəsmi açıqlama verməyib.
Hürr Tərcüman