📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İraq Türkiyə ilə sərhəddə iki baza qurdu - "Bir gecə qəflətən..."

2024-05-01 11:41:39

İraq Türkiyə ilə sərhəddə iki baza qurdu -

Hurriyyet.az xəbər verir ki, uzun illərdən sonra İraq ilk dəfə Türkiyə ilə sərhəddə iki hərbi baza qurub. Türkiyənin "Hürriyet" nəşrinin mənbələrə istinadla verdiyi məlumata görə, proses Ankara ilə koordinasiyalı şəkildə aparılıb.
Qəzet yazır: "İran körfəzindəki müharibədən sonra İraq ilk dəfə sərhədimizin yaxınlığında iki baza qurub. Bu qərar Türkiyə ilə koordinasiyalı şəkildə qəbul edilib. Bu bazalar Türkiyəyə qarşı qurulmayıb. Əksinə onlar Türkiyənin maddi-texniki dəstəyi ilə sərhədlərin qorunması üçün yaradılıb".
Qəzet həmçinin, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK terror təşkilatına qarşı hərbi əməliyyata hazırlaşdığını da xəbər verib.
Qəzetin əməkdaşı Abdulkadir Selvi yazıb "Hazırlıq tam vüsətlə aparılır. Bazalar möhkəmləndirilir, yeniləri yaradılır. Regiondakı hərbi varlığımız güclənir. Lakin İraqdakı böyük əməliyyat hələ başlanmayıb. Əgər bir gecə qırıcıların səmada uçduğunu və qüvvələrimizin İraq sərhədlərini keçdiyini görsəniz, bilin ki, İraq əməliyyatının başlanması düyməsi artıq vurulub".
Hürr Tərcüman