İraqda 13 PKK terrorçusu zərərsizləşdirilib
2021-08-09 13:43:00
Hurriyyet.org xəbər verir ki, İraqın şimalında, Türkiyə Silahlı Qüvvələrinin “Pençe Kaplan” – “Pələng Pəncəsi” əməliyyatını həyata keçirdiyi bölgədə 13 PKK terrorçusu zərərsizləşdirilib.
Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir: “Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz PKK terror təşkilatına ağır zərbə vurmağa davam edir. İraqın şimalındakı “Pençe Kaplan” bölgəsində aşkar edilən 13 PKK terrorçusu mehmetçiklərimiz tərəfindən zərərsizləşdirilib”.