İraqda İŞİD terroru – ölənlər və yaralananlar var
2021-10-27 13:15:00
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, İŞİD terror təşkilatının İraqın Diyala şəhərinin Rəşad kəndinin dinc əhalisinə hücumu nəticəsində 6 nəfər həlak olub, 10 nəfər yaralanıb.
Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Hürr Tərcüman