İraqda matəm elan edilib
2023-09-27 18:02:40
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, İraqın Baş naziri Məhəmməd Şiə əs Sudaninin qərarı ilə Mosul şəhərininin Hamdaniyə rayonunda keçirilən toy məclisində baş vermiş yanğında həlak olanların xatirəsinə ölkədə üçgünlük matəm elan edilib.
Faciə nəticəsində 100 nəfərə yaxın insan həlak olub, 500 nəfərə yaxın yaralı var. Yanğın atəşfəşanlıq nəticəsində baş verib. Toy məclisinin keçirildiyi zalda 800 nəfərə qədər adam olub.
Hürr Tərcüman