📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İraqda prezident seçkiləri yenidən təxirə salındı

2026-02-01 19:59:36

İraqda prezident seçkiləri yenidən təxirə salındı

İraq parlamenti gərgin siyasi mübarizə və ABŞ-ın yeni baş nazirə təzyiqi fonunda ölkədəki prezident seçkilərini yenidən təxirə salıb.

Hurriyyet.org "Unikal"a istinadən xəbər verir ki, bu, parlamentin ötən həftə keçirilməsi planlaşdırılan prezident seçkilərini təxirə saldığı ikinci haldır.

Parlamentdə tələb olunan kvorum əldə edilmədiyib. Səsvermə buna görə təxirə salınıb və yeni bir tarixin razılaşdırılıb-razılaşdırılmadığı barədə məlumat verilməyib. Parlamentin mətbuat xidməti spikerin son tarixi təyin etmək üçün partiya bloklarının rəhbərləri ilə görüşəcəyini bildirib.

Konvensiyaya əsasən, baş nazirin nüfuzlu vəzifəsini şiə müsəlman, parlament sədrini sünni müsəlman, prezident vəzifəsini isə əsasən kürd tutur.