İraqda qaz yatağını raketlə vurdular
2022-06-25 20:13:00
İraqın şimalında yerləşən qaz yatağı dörd gün ərzində üçüncü dəfə raketlərlə hədəfə alınıb.
Bu barədə "Reuters" yerli rəsmilərə istinadən məlumat yayıb.
İraqın Süleymaniyyə əyalətində BƏƏ-də yerləşən "Dana Gas" şirkətinin idarə etdiyi "Xor Mor" qaz yatağına ümumilikdə 6 raketin düşdüyü bildirilir.
İtkilər barədə məlumat verilməyib. \\Redaktor