İraqda Sədr hərəkatının komandiri SEPAH-a bağlı yaraqlılar tərəfindən sui-qəsdə uğradı
2022-09-01 15:23:00
İraqda Sədr hərəkatının komandiri SEPAH-a bağlı yaraqlılar tərəfindən sui-qəsdə uğrayıb.
İraqın Bəsrə şəhərində Müqtəda Sədr tərəfdarı olan yarı hərbi birləşmənin komandiri SEPAH-a bağlı yaraqlılar tərəfindən öldürüldükdən sonra, ötən gecədən etibarən şiələrin məskunlaşdığı Bəsrə şəhərinin mərkəzində Sədr hərəkatı (Saraya əl-Salam yaraqlıları) ilə SEPAH-a bağlı silahlı qruplaşmalardan biri (Əsaib Əhli Haqq) arasında silahlı qarşıdurma yaşanır.
Qeyd edək ki, dünən SEPAH-a bağlı qruplar İraqda hökumət qurmaq istədiklərini elan etdikdən sonra Müqtəda Sədr İran əleyhinə sərt bəyanatla çıxış edib və nəticədə dünəndən ölkədə vəziyyət yenidən gərginləşib.
Ülviyyə, Hurriyyet.az