İraqda sel tələfat və dağıntılara səbəb oldu
2021-12-17 17:15:00
Hurriyyet.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, İraqın Ərbil şəhərində əhalinin yuxuda olduğu gecə saatlarında baş verən sel fəalkəti nəticəsində bir nəfəri uşaq olmaqla 8 insan həlak olub.
Şiddətli yağışlardan yaranan sel avtomobilləri sürükləyərək onlardan tıxac yaradıb, hər tərəfi palçığa qərq edib, dağıntılar var.
Hazırda vəziyyətin nəzarət altında olduğu bildirilir.
Hürr Tərcüman