İraqda spirtli içki qadağan olundu – deputatlar məhkəməyə müraciət etdilər
2023-03-06 23:16:00
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, İraqda 2016-cı ildə qəbul edilməsinə baxmayaraq, 2023-cü il 4 mart tarixində qüvvəyə minən spirtli içki idxalı və satışının qadağan edilməsi qanunu ölkədəki xristian siyasətçilər tərəfindən böyük etirazla qarşılanıb.
İraq parlemntində 5 mandata sahib olan Babil hərəkatı üzvləri qadağanın demokratik olmadığını, azlıqların hüquqlarını tapdaladığını, azadlığını məhdudlaşdırdığını bildirərək məhkəməyə müraciət ediblər.
Hürr Tərcüman