📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İRAQDAKI HƏRBİ BAZAYA RAKET ATILDI

2022-01-05 20:38:00

İRAQDAKI HƏRBİ BAZAYA RAKET ATILDI

İraqın paytaxtı Bağdad aeroportunun ətrafındakı Viktori hərbi bazasına raket hücumu edilib.

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, İraqda dərc edilən “Nasnyus” (Nasnews) internet saytının bir təhlükəsizlik mənbəyinə istinad elədiyi xəbərdə Viktori bazasına katyuşa raketləri ilə hücum edildiyi bildirilir. Raket hücumundan sonra bölgədə həyəcan siqnalı səsləndirilib. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

İraqlı jurnalist Ömər əl Cənabi axırıncı hücumdan sonra rəsmi “Tvitter” hesabında açıqlama verərək, İranla əlaqəli olan silahlı qruplar tərəfindən son iki gün ərzində üçüncü hücumun edildiyini diqqətə çatdırıb. O, hücumun tələfat və dağıntı məqsədi ilə edilmədiyini, Süleymaninin qətlinin 3-cü ildönümündə baş verdiyini bildirib.

Bəlli olduğu kimi, 2020-ci il yanvarın 3-də ABŞ qüvvələri Bağdadda İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı  Qasım Süleymanini öldürmüşdülər.

 

Hürr Tərcüman

Hurriyyet.az