📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İraqdan ABŞ-ın hava hücumuna görə BƏYANAT

2023-11-22 23:21:45

İraqdan ABŞ-ın hava hücumuna görə BƏYANAT

İraq hökuməti Vaşinqtonu İrana yaxınlığı ilə tanınan silahlı “Kətaib Hizbullah” təşkilatının 8 üzvünün Amerikanın hava hücumlarında öldürülməsinə görə qınayıb.

Bu barədə “Euronews” məlumat yayıb.

Bildirilib ki, Bağdad rəhbərliyi hücumların səlahiyyətlilərlə koordinasiya olmadan həyata keçirildiyini və təhlükəli olduğunu bəyan edib.

Bağdadın rəsmi bəyanatında "İraq dövlət qurumlarının xəbəri olmadan Curf ən-Nasra edilən hücumu şiddətlə qınayırıq. Bu hərəkət İraqın suverenliyinin açıq şəkildə pozulması və təhlükəsizlik vəziyyətini pozmaq cəhdidir" ifadələri işlədilib. \\Demokrat.az