📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İraqdan açıqlama: “Bağdadinin köməkçisini yaxaladıq!”

2021-10-11 13:48:00

İraqdan açıqlama: “Bağdadinin köməkçisini yaxaladıq!”

Hurriyyet.az xəbər verir ki, İraqın Baş naziri Mustafa əl Kazımi İŞİD terror təşkilatının öldürülmüş lideri Bağdadinin köməkçisini həbs elədiklərini açıqladı.

Kazımi “Tvitter”dəki açıqlamasında milli kəşfiyyat xidmətinin Sami Casimini həbs eləmək üçün əməliyyat keçirdiyini bildirib.

İraqın Baş naziri əməliyyatla bağlı detalları açıqlamayıb. 

Həbs edilən Sami Casim adlı şəxsin İŞİD terror təşkilatının maliyyə məsələlərini idarə elədiyi və terrorçuların öldürülmüş başçısı Əbubəkr Bağdadinin köməkçisi olduğu  bildirilir. 

İŞİD lideri Ə.Bağdadinin 2019-cu ildə ABŞ qüvvələri tərəfindən Suriyada öldürüldüyü bəyan edilmişdi.

ABŞ XİN Sami Casimin də daxil olduğu bir qrup təşkilat üzvünün yerini xəbər verənlərə mükafat vəd edilmişdi.

Hürr Tərcüman