📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İraqın paytaxtı Bağdad ətrafındakı ABŞ hərbi bazasına raket atıldı

2022-03-18 14:45:00

İraqın paytaxtı Bağdad ətrafındakı ABŞ hərbi bazasına raket atıldı

Amerikanın Bağdadın şimalında yerləşən podratçı bazası 4 raketlə vurulub. Bu barədə İraqın dövlət xəbər agentliyi xəbər verir.
Agentlik dünən "Bələd" hərbi hava bazası ətrafındakı ərazilərə 4 raketin atıldığını, lakin heç bir itki və xəsarət olmadığını bildirib. Məlumatlara görə, Bağdadın şimalındakı "Bələd" bazasında amerikalı podratçılar və İraq qırıcıları yerləşir.
Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib, lakin bəzi İraq rəsmilərinin İrana bağlı olduğunu bildirdiyi silahlı qruplaşmalar bundan öncə oxşar hücumlara görə məsuliyyəti öz üzərinə götürüblər.
Xatırladaq ki, martın 12-də gecə saatlarında Şimali İraqın Ərbil şəhərinə də 12 ballistik raket atılmışdı. Daha sonra isə Sepah təşkilatı bu hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü.

Ülviyyə, Hurriyyet.az