İraqın şimalında növbəti antiterror əməliyyatı
2021-10-09 13:33:00
Hurriyyet.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, İraqın şimalındakı Avaşin bölgəsində aşkar edilən 3 nəfər PKK terrorçusu hava əməliyyatı nəticəsində zərərsizləşdirilib.
Bu barədə açıqlama nazirliyin rəsmi “Tvitter” səhifəsində dərc edilib. Açıqlamada deyilir: “Terrorçuların yuvalarını yerlə yeksan eləməyə davam edəcəyik”.
Hürr Tərcüman