İraqın şimalında Türkiyə hərbçisi şəhid olub
2022-10-12 23:59:00
İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə Silahlı Qüvvələrinin çavuşu İbrahim Xan şəhid olub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazigrliyi məlumat yayıb.
Bildirilib ki, terrorçuların yerləşdirdiyi əldəqayırma bombanın partlaması nəticəsində yaralanan İ.Xan xəstəxanaya qaldırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. \\Report