📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İraqın şimalındakı terrorçular türklərə təslim oldular

2022-12-12 20:33:00

İraqın şimalındakı terrorçular türklərə təslim oldular

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi PKK terror təşkilatının dörd nəfər üzvünün İraqın şimalında Türkiyə hərbçilərini təslim olduqlarını göstərən kadrları paylaşıb.

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalıdakı antiterror əməliyyatlarından birində terrorçular pusquya salınıblar.

Təslim olmaq məcburiyyətində qalan terrorçulardan dörd ədəd AK-47 avtomatı, 10 əl qumbarası, ratsiya və snayper arpacıqları (nişan almaq üçün silahın lüləsinin uc tərəfindəki çıxıntı – red.) aşkar edilib.

 Hürr Tərcüman