📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İraqın Tehrandakı səfiri geri çağırıldı

2024-01-16 16:22:08

İraqın Tehrandakı səfiri geri çağırıldı

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, İranın Ərbil şəhərindəki ABŞ bazalarına hücumundan sonra İraq dövləti Tehrandakı səfirini geri çağırıb. Bu barədə açıqlamanı İraq XİN verib. 
İranın Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, Ərbildə dinc sakinlərin ölümünə səbəb olan hücumla əlaqədar ölkənin Tehrandakı səfiri Nasir Əbdülmöhsün məşvərət üçün nazirliyə çağırılıb.
Xəbər verdiyimiz kimi, bu gün İranın Bağdaddakı müvəqqəti işlər vəkilinə də İraq XİN tərəfindən nota təqdim edilib.
Şimali İraq Kürd Muxtariyyətinin Təhlükəsizlik Şurası İran İslam İnqilabı Keşikçilərinin dünən gecə Ərbil şəhərinə ballistik raketlər atması nəticəsində 4 nəfər dinc sakinin həlak olduğunu, 6 nəfərin yaralandığını bəyan edib.
Hürr Tərcüman