İraqın yeni hökumətində soydaşımızın nazir olacağı gözlənilir – E.Salihi açıqlama verdi
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, 3 ay bundan əvvəl keçirilmiş seçkilərdən sonra İraq parlamenti dünən ilk dəfə toplaşaraq iclas keçirib. Türkmən soydaşlarımızı İraq parlamentində Erşat Salihi də daxil olmaqla, 7 millət vəkili təmsil edir. Erşat Salihi türkmənlərin Nazirlər Kabinetində də təmsil olunacağının onlara vəd edildiyini bildirib.
İrak Türkmən Cəbhəsinin millət vəkili Erşat Salihi türkmən millət vəkillərinin yeni parlamentdə həm şiə, həm də sünnü qruplar içərisində olduğunu söyləyib. Türkmən qrupunun sədri seçilən Salihi deyib: “Yeni kabinetdə nazirlərdən birinin türkmən olacağı tələbimizin yerinə yetiriləcəyi gözlənilir”.
İraqda 2021-ci il 10 oktyabr tarixində keçirilən seçkilərdə parlamentə 329 millət vəkili seçilib, onlardan 7 nəfəri türkməndir. Bundan sonra məclisin sədri, ölkə Prezidenti və Baş naziri vəzifələrinin kimə tapşırılacağı müəyyənləşdiriləcək. Yeni hökuməti məclisdə ən çox səs və dəstək alan iki qrupdan biri quracaqdır.
Seçiləcək yeni Prezidentin Baş nazir vəzifəsinə seçəcəyi namizədə hökuməti qurmaq vəzifəsi tapşırılacaq.
Hürr Tərcüman