İraqın yeni prezidenti seçildi
2022-10-13 20:12:00
Hurriyyet.az xəbər verir ki, İraq parlamentinin gizli səsverməsinin ikinci turunun nəticələrinə görə, Əbdül Lətif Şərif İraq Prezidenti seçilib.
Rəşid səslərin sayına görə, İraqın hazırkı Prezidenti Bəhram Salehi geridə qoyub. Saleh səsvermənin nəticəsini sona qədər gözləmədən parlamentin binasını tərk edib. Parlament üzvlərinin 162 nəfəri Rəşidi dəstəkləyib. Saleh 99 səs alıb. Daha 8 bülleten etibarsız sayılıb.
Əbdül Lətif Rəşid İraq Respublikasının onuncu Prezidenti olub. Seçildikdən 15 gün sonra o, yeni Baş nazirin kim olduğunu rəsmən açıqlayacaqdır.
Hürr Tərcüman