İrəvan 3 milyon ermənini Xankəndindəki haylara qurban vermək istəmir
“Türkiyə ilə münasibətlərin qurulması Ermənistanın milli maraqlarından irəli gəlir”
Hurriyyet.az xəbər verir ki, Ermənistanda hakim “Vətəndaş müqaviləsi” təşkilatının təmsilçisi deputat Qurgen Arsenyan müxalifətin Laçın yolundakı vəziyyətlə bağlı iqtidarın ünvanına tənqidlərinə cavab verərək, “Qarabağda cəmi 120 min, Ermənistanda isə 3 milyon erməninin yaşadığını” deyib. O, iclas üzvlərini məsuliyyətsizlikdə günahlandırıb.
Arsenyan müxalif deputatlara üz tutaraq deyib: “Siz öz sözlərinizə və səsləndirdiyiniz təhdidlərə görə cavab verməyə hazırsınız. Eləcə oturub barmaq silkələyirsiniz. Bəsdir, daha hər şeyi düzgün ifadə edin. Ümumiyyətlə, siz kimsiniz, ara?”
“Qarabağ məsələsi ilə manipulyasiya eləmək sizə Ermənistanda hakimiyyətə gəlmək imkanı verməyəcək. Bunu unudun”.
Bununla yanaşı, deputat Türkiyə ilə münasibətlərin yoluna qoyulmasının Ermənistanın milli maraqlarından irəli gəldiyini söyləyib.
Hürr Tərcüman