İrəvan aeroportunda 41 gün aclıq edən Nikolyan Fransaya qayıtdı: Bildirdi ki...
İrəvanın Zvartnots hava limanında 41 gün aclıq aksiyası keçirən erməni əsilli fransız jurnalist Leo Nikolyan Fransaya qayıdıb.
Hurriyyet.az xəbər verir ki, o, sosial şəbəkədə canlı yayımda “Mübarizəni davam etdirmək üçün özümə gəlməliyəm, sağlamlığımı yaxşılaşdırmalı, yemək yeməliyəm” deyib.
Nikolyan bildirib ki, 19 kq arıqlayıb, lakin bu, onu narahat etmir: o, zahirən qocalıb, amma ruhən cavanlaşıb.
Jurnalist mübarizəni davam etdirəcəyini də bildirib. O, çərşənbə axşamı Fransa Milli Assambleyasına getmək və Ermənistanda baş verənlər barədə danışmaq niyyətindədir.
Qeyd edək ki, erməni əsilli fransız hərbi jurnalisti Leo Nikolyan paytaxtın Zvartnots hava limanında lentə aldığı videomüraciətində bildirdiyi kimi Ermənistana buraxılmayıb. Pasport nəzarətindən keçən zaman jurnalistə Ermənistana girişinin qadağan edildiyi bildirilib. Buna etiraz olaraq o, hava limanında qalıb və aclıq aksiyasına başlayıb.
publika.az