İrəvan "artıq sabahdan" Ankara ilə münasibətləri normallaşdırmağa hazırdır
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan Ermənistanda keçirilən "İrəvan dialoqu" forumunda çıxış edərkən, Ankaranın istəyi olarsa, münasibətləri "artıq sabahdan etibarən" nizamlamağa hazır olduqlarını bildirib.
"Sputnik Ermənistan" informasiya agentliyinin yazdığına görə, Rubinyan deyib: "Söhbət Türkiyə ilə münasibətlərin normallaşdırılmasından gedərkən, 1991-ci ildən bəri Ermənistan hökumətləri üçün tarix strategiyanın bir hissəsi olmayıb. Biz həmişə Ankara ilə münasibətlərin normallaşdırılmasına, sərhədlərin açılmasına, diplomatik münasibətlərin qurulmasına hazır olmuşuq. İndi də biz buna hazırıq. Türk qonşularımızın siyasi tələbi olarsa, biz artıq sabahdan münasibətlərimizi nizamlaya bilərik".
Rubinyan kommunikasiyaların açılmasından danışarkən deyib: "Söhbət kommunikasiyadan gedirsə, heç kimə sirr deyil ki, Cənubi Qafqaz öz qapalı sərhədləri ilə məşhurdur. Bu, təkcə Ermənistana deyil, Azərbaycan, Gürcüstan və Türkiyəyə də aiddir. İndi Cənubi Qafqazı geosiyasi dalandan dünyanın qovşağına çevirmək üçün tarixi şans var.
Kommunikasiyalar geosiyasi rəqabətin girovlarına çevrilməməlidirlər".
Hürr Tərcüman