📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvan Azərbaycan qazına keçəcək? - Şərtlər açıqlandı

2026-09-16 19:27:46

İrəvan Azərbaycan qazına keçəcək? - Şərtlər açıqlandı

Rusiyanın Ermənistana təbii qaz tədarükünü müvəqqəti dayandırması regionun enerji gündəmini yenidən ön plana çıxarıb. “Qazprom” bunu Şimali Qafqaz–Zaqafqaziya magistral qaz kəmərinin bir hissəsində aparılan planlı təmir və profilaktik işlərlə izah etsə də, qaz təminatının dayandırılması İrəvanın enerji siyasəti və Rusiya ilə münasibətləri fonunda da diqqət çəkir.

Ermənistan tərəfi əhalinin qazla fasiləsiz təmin olunacağını və yaranacaq boşluğun İran qazı hesabına kompensasiya ediləcəyini açıqlayıb. Digər tərəfdən, ekspertlər qeyd edir ki, Ermənistanın enerji mənbələrini şaxələndirmək cəhdləri fonunda gələcəkdə Azərbaycan qazının da ölkəyə tədarükü məsələsi gündəmə gələ bilər.

Bəs “Qazprom”un Ermənistana qaz tədarükünü 10 gün müddətinə dayandırması yalnız texniki və planlı təmir məsələsidir, yoxsa bunun siyasi mesaj kimi qiymətləndirilmək olar? Gələn ildən Azərbaycanın Ermənistana qaz ixrac etməsi real ssenaridirmi?

Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar  tərəfindən tənzimlənir » Azxeber.com Azərbaycanda özəl xəbərlər,  araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb.

Onun sözlərinə sözlərinə görə, suala cavab vermək üçün ilk növbədə mövcud statistikaya nəzər salmaq lazımdır: “Ermənistan 2025-ci ildə təxminən 2,7 milyard kubmetr təbii qaz idxal edib. Bunun 82,4 faizi, yəni 2,23 milyard kubmetrə yaxını Rusiyanın payına düşüb. İrandan isə təxminən 477 milyon kubmetr qaz idxal edilib. Bu rəqəmlər göstərir ki, Ermənistanın Rusiyadan qaz asılılığı hələ də kifayət qədər yüksəkdir.

Rusiya tərəfinin sentyabrın 15-dən 25-dək qaz tədarükünü dayandırmasına gəlincə, bunu iki aspektdən qiymətləndirmək olar. Bir tərəfdən, “Gazprom Armenia” açıq şəkildə bildirib ki, həmin tarixlərdə Rusiya ərazisində Şimali Qafqaz-Zaqafqaziya magistral qaz kəmərində planlı profilaktik və təmir işləri aparılacaq. Belə texniki fasilələr əvvəlki dövrlərdə də baş verib və bu dəfə də Ermənistanın daxili ehtiyatları və İrandan əlavə qaz tədarükü hesabına istehlakçıların fasiləsiz təmin ediləcəyi açıqlanıb.

Amma digər tərəfdən, məsələni yalnız texniki təmir kimi də qiymətləndirmək olmaz. Bu fasilə Ermənistanı Rusiyadan qaz asılılığının hansı səviyyədə olduğunu daha aydın şəkildə görməyə vadar edən bir proses kimi də şərh oluna bilər. Yəni, Ermənistan cəmiyyətinə və dövlət qurumlarına Rusiyadan qaz tədarükünün dayanması halında hansı alternativlərin mövcud olduğunu göstərən bir vəziyyət yaranır".

İqtisadçı prosesin sentyabrın 25-dən sonra bir neçə gün uzadılması ehtimalını da istisna etməyib. Bununla belə, onun fikrincə, qaz tədarükünün uzunmüddətli və davamlı şəkildə dayandırılması gözlənilən deyil: “Çünki Ermənistan Rusiyanın qazını ixrac edə bildiyi ölkələrdən biridir və mövcud geosiyasi və iqtisadi şəraitdə Rusiya üçün Ermənistan bazarını tamamilə itirmək maraqlı deyil. Ona görə də ayrıca siyasi vəziyyət yaranmasa, Ermənistanın qaz təchizatında Rusiyanın rolunun yaxın perspektivdə böyük olaraq qalacağı gözlənilir”.

Azərbaycanın bu məsələdə mümkün roluna gəlincə, iqtisadçı nəzəri baxımdan ölkəmizin Ermənistana müəyyən həcmdə qaz ixrac edə biləcəyini deyib: “Azərbaycan 2025-ci ildə 51,5 milyard kubmetr təbii qaz hasil edib və 25,2 milyard kubmetr qaz ixrac edib. Ermənistanın illik qaz idxalı isə təxminən 2,7 milyard kubmetrdir. Yəni Ermənistanın ümumi idxal həcmi Azərbaycanın illik qaz ixracının təxminən 11 faizinə bərabərdir. Lakin əsas sual Azərbaycanın bunu yaxın müddətdə edib-edə bilməməsidir. Hazırkı vəziyyətdə bunun üçün müvafiq infrastrukturun yaradılması və ya mövcud infrastrukturun yenilənməsi, yeni qaz xətlərinin çəkilməsi və digər texniki məsələlərin həlli tələb olunur. Buna görə də qısa müddətdə Azərbaycanın Ermənistanın bütün qaz tələbatını öz üzərinə götürməsi real görünmür.

Digər tərəfdən, Azərbaycanın qaz hasilatı da müəyyən səviyyədə stabilləşib. İxrac edilən qazın mühüm hissəsi artıq müxtəlif istiqamətlər üzrə uzunmüddətli müqavilələr əsasında tədarük olunur. Ona görə də Azərbaycan 2,7 milyard kubmetrlik Ermənistan tələbatını tam şəkildə öz üzərinə götürərsə, digər istiqamətlərə ixrac olunan qazın həcmlərində müəyyən dəyişikliklər yarana bilər. Bu baxımdan belə böyük həcmdə qazın qısa müddətdə Ermənistana yönəldilməsi gözlənilən deyil.

Amma uzunmüddətli perspektivdə, qaz tədarükünün mərhələli şəkildə həyata keçirilməsi və yeni infrastruktur imkanlarının yaradılması şərti ilə Azərbaycanın Ermənistanın qaz təminatında müəyyən rol alması mümkündür. Lakin bunun üçün illər tələb oluna bilər".