📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvan: Azərbaycanın itkin düşmüş hərbçisi… - Son dəqiqə

2024-06-10 16:36:35

İrəvan: Azərbaycanın itkin düşmüş hərbçisi… - Son dəqiqə

Ermənistan Milli Təhlükəsizlik Xidməti azərbaycanlı hərbçinin sərhədi keçməsinə dair məlumatın olmadığını bildirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə xidmətdən Azadlıq Radiosunun erməni xidmətinə məlumat verilib.

Ermənistan MTX həmçinin yeni informasiya olacağı halda məlumat verəcəklərini bildirib.

Qeyd edək ki, iyunun 9-da Azərbaycan Müdafiə Nazirliyi Sədərək rayonunun Günnüt kəndi yaxınlığında Azərbaycan Ordusunun hərbçi qulluqçusu Ceyhun Tofiq oğlu Hüseynovun naməlum şəraitdə itkin düşdüyünü açıqlayıb. “Sputnik Ermənistan” isə bu gün Azərbaycan hərbçisinin Ermənistana keçdiyini iddia edib. Agentlik hərbçimizin Dərələyəzin Arpa (Areni) kəndi yaxınlığında saxlanıldığını bildirib.

globalinfo.az