📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İrəvan Bakının sülh təklifinə cavabında yenidən Qarabağla bağlı bənd salacaq" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-09-15 14:21:45

"Bu, Nikol Paşinyan üçün müəyyən qədər vaxt qazanmağa hesablanıb, çünki Ermənistan rəhbərliyi yaxşı bilir ki, Xankəndi məsələsi bitib"

"Azərbaycan növbəti dəfə Ermənistana sülh təklifləri paketi göndərib. Baş nazir Nikol Paşinyan isə təklifə cavab verəcəklərini qeyd edib". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri bildirib ki, Ermənistan əvvəlki təkliflərə cavabında Qarabağla bağlı bənd salırdı, əgər növbəti cavablarında belə bir bənd olmasa, o zaman bu, sülh müqaviləsinin bağlanması istiqamətində ciddi irəliləyiş olacaq: "Amma düşünürəm ki, Ermənistan tərəfi yenidən Qarabağla bağlı bənd salacaq. Bu, Nikol Paşinyan üçün müəyyən qədər vaxt qazanmağa hesablanıb. Çünki Ermənistan rəhbərliyi yaxşı bilir ki, Xankəndi məsələsi bitib".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az