📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvan Belarusdakı səfirini geri çağırdı

2024-06-13 13:10:59

İrəvan Belarusdakı səfirini geri çağırdı

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistanın Belarusdakı səfiri Razmik Xumaryan məşvərət üçün İrəvana çağırılıb. Bu barədə Ermənistan XİN mətbuat katibi Ani Badalyan məlumat verib. 
Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdəki çıxışında deyib: "Nə qədər ki, Aleksandr Lukaşenko prezidentdir, heç vaxt Belarusa səfər etməyəcəyimi bəyan edirəm. Bu andan etibarən Ermənistanın heç bir rəsmi təmsilçisi Belarusa səfər etməyəcək". 
Paşinyanın Lukaşenkoya qarşı belə qərəzli münasibətinin səbəbi Belarus Prezidentinin Azərbaycana dəstək mövqeyində olmasıdır.
Hürr Tərcüman