📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvan erməniləri Moskva ermənilərinə qarşı...dəyişən nədir?

2021-12-02 13:41:00

İrəvan erməniləri Moskva ermənilərinə qarşı...dəyişən nədir?

Dünyaya səpələnmiş erməni diasporlarının sayına və təşkilatlanma dərəcəsinə görə  Rusiyadakı erməni diasporu, xüsusən də “Moskva erməniləri” adlanan qrup get-gedə Ermənistanındakı ermənilər arasında daha çox düşmənçilik toxumları səpirlər. Bu kateqoriyadan olan Rusiya vətəndaşlarını, yəni Rusiya ermənilərini yerli rusların özləri də yaxşı qarşılamırlar.

Bu münasibətin səbəbi nədir?

Ondan başlayaq ki, hətta Fransa, ABŞ və digər Qərb ölkələrindəki erməni diasporları, eləcə də Livan, Suriya, Misirdəki erməni diasporları bu ölkələrdə qonaq olduqlarını yaxşı bilirlər. Amerikalılar, fransızlar, ərəblər öz milli maraqlarını erməni millətçiliyinə qurban verməyə qətiyyən məcbur deyillər.

Bu maraqların qismən üst-üstə düşdüyü yerdə yaxud erməni lobbisi bu xalqları onların maraqlarının özlərininki ilə üst-üstə düşdüyünə inandırmağa çalışdığı məqamda hansısa yardımdan söhbət gedə bilər. Maksimum yardım isə qondarma “soyqırımı” qəbul etməkdir. Eyni zamanda Qərb diasporuna aid ermənilər “erməni ermənilərinə” kömək etmək istəyirlərsə, pulla kömək edirlər. Amma oradakı yaşayış şəraitinin, geosiyasi vəziyyətin Marsel və Los-Ancelesdən fərqli olduğunu çox gözəl bilə-bilə İrəvan ermənilərinə adətən “necə yaşamağı” və “Ermənistanı necə sevməyi” öyrətmirlər.

Rusiyada isə məsələ fərqlidir. Təsir dərəcəsinə və Rusiya hakimiyyətini manipulyasiya etmək qabiliyyətinə görə oradakı erməni diasporunun tayı-bərabəri yoxdur. Rusiyada ermənilər çoxdan “elitar” etnik təbəqə olublar. Onlar burada, xüsusən Soçidə və Krasnodar diyarında özlərini “ağa” kimi aparırlar. Bununla belə, Moskvadakı erməni diasporu özünü Rusiyanın siyasətini yönləndirmək və Qafqaz xalqlarının taleyini həll etmək hüququna malik hesab edir. Üstəlik, onun prioritetləri birmənalı deyil, ilk yerdə Azərbaycandakı türk faktoruna və Gürcüstana qarşı sərhədləri aşan nifrət, ikincisi, Ermənistanın özündə quduz millətçilik və revanşizmə “stavkadır”.

Azərbaycana qarşı nifrət aydındır. Söhbət türk və müsəlman faktroundan gedir. Gürcüstana nifrət də başa düşüləndir. Moskvadakı ermənilər heç cür barışa bilmirlər ki, özlərini “ağa” kimi hiss etdikləri Rusiya ilə Ermənistan dövləti arasında həm iqlimi, həm də təbii şəraiti Qafqazda ən yaxşı ölkələrdən biri onlara məxsus deyil. Həm ermənilərlə, həm də gürcülərlə ünsiyyət quran rusların gürcülərə ermənilərdən daha yaxşı münasibət bəsləmələri və pravoslavlıq baxımından onları özlərinə daha yaxın xalq hesab etmələri  sözün əsl mənasında erməniləri qeyzləndirir. Ona görə də Moskva ermənilərinin bir nömrəli vəzifəsi Gürcüstana qarşı gürcüfobiya, nifrət toxumu səpməkdir və bunda da irəli gediblər.

Qisasçılıq məsələsində isə Ermənistandakı ermənilərin özlərinin nöqteyi-nəzərindən Moskva erməni diasporunun münasibəti çox çirkindir. Xüsusən də 44 günlük  müharibədə oğullarını itirmiş erməni ailələri baxımından. Varlı Moskva erməniləri onları yenidən “acı sonluqlu” müharibəyə çağırır, “vilson”, “sevr” sazişlərini və “böyük Ermənistan”ı qabardırlar. Baxmayaraq ki, real sonluq Ermənistan ermənilərinin oğullarının 1-2 metrlik torpaq parçası ilə bitir və erməni hakimiyyəti Moskva ermənilərinin təklifi ilə itkiləri az təqdim etsə də, ölənlərin cəsədini valideyinlərinə təhvil verəcək.

Moskvada oturub pul içində üzərək “böyük Ermənistan”ın xəritəsini çəkmək hər tərəfdən blokadada olan kasıb ölkədə sürünməkdən qat-qat rahatdır. Çünki burada əgər "elita"ya aid deyilsinizsə, ailəni adekvat dolandırmaq üçün pul qazanmaq demək olar ki, mümkün deyil. İrəvandakı ermənilərinin bir çoxu Xankəndindəki separatçılar və Rusiyadakı erməni lobbisinin öndəgedənləri öz “miatsumlarını” tirajlayana qədər, nə vaxtsa, azərbaycanlılarla və digər millətlərlə anlaşaraq firavan Bakıda yaşayıblar. Həmin ermənilər hər şeylərini itirib, Ermənistana köçüblər və burada həyatı get-gedə daha çox girdaba qərq olur. Burada “hər şeyi əvvəlki halına” qaytarmaq mümkün olmasa da, heç olmasa qonşularla barışmaq və blokadadan çıxmaq şansı var. Amma Moskva erməniləri ən çox nəqliyyat dəhlizlərinin açılması- “xəyanətin yolverilməzliyi” və “müharibəyə hazırlıq” barədə qara-qışqırıq salmağa başlayırlar. Amma əslində Moskva erməniləri  “nifrət etdikləri” Türkiyənin ən dəbli kurortlarına məmnuniyyətlə gedirlər, lakin İrəvan ermənilərinə bunu “düşünməyə belə cəsarət” etmək qadağandır.

İndi isə, görünür, Moskva erməniləri öz revanşist millətçi şuraları ilə Ermənistan Respublikasında yaşayan erməniləri və başqa ölkələrdəki erməni diasporlarının nümayəndələrini “boğaza yığmağa” başlayıblar.

“Əgər siz Ermənistanda yaşamırsınızsa, burada vergi ödəyicisi deyilsinizsə, hərbi çağırışçı deyilsinizsə, baş nazirin kim olmasının, yaxud mənzil istismar idarəsinin müdiri nəyisə düz ya səhv etməsinin sizə nə dəxli var? Kobud söz işlətmək  istəmirəm, amma imkan verin özümüz kimin yaxşı, kimin pis, kimin nədə haqlı, kimin nədə haqsız olduğuna qərar verək...

Siz kömək edə bilərsiniz? Buyurun, minnətdar olarıq! Amma, üzrlü sayın, nəyin yaxşı, nəyin pis olduğuna özümüz qərar verə bilərik. Və bizi rahat buraxın! Məsləhətinizə xüsusi ehtiyacımız olanda, sizdən xüsusi xahiş edəcəyik...

Moskvada oturublar və Moskvadakı divandan bizə vətəni düzgün sevməyi öyrədirlər”.

Beləliklə Ermənistan erməniləri bəzi nüansların fəqrindədirlər və bundan sonra necə yaşamaq, başqa xalqlarla əməkdaşlıq etmək barədə özləri qərar verirlər. Artıq anlamağa başlayıblar ki, müharibələr, separatçı layihələr, sərhədlərin yenidən cızılması erməni xalqını ölümə və sürgünə aparır. Paşinyanı da müharibədə məğlubiyyətə baxmayaraq yenidən seçən erməni cəmiyyətinin bu kəsimi idi.

Ülviyyə, Hurriyyet.az