📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvan Ermənistan-Azərbaycan sərhədində sərhədçiləri yerləşdirir

2024-05-24 09:07:58

İrəvan Ermənistan-Azərbaycan sərhədində sərhədçiləri yerləşdirir

Bu gündən etibarən Ermənistan-Azərbaycan arasında Tavuş istiqamətində demarkasiyası edilən sərhəd xəttinin mühafizəsini Ermənistan Sərhəd Qoşunları həyata keçirməyə başlayacaq.

Hurriyyet.az xəbər verir ki, qeyd olunur ki, bu günə qədər sözügedən istiqamətdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) hərbçiləri xidmət aparırdılar.

Bildirilib ki, həmin tarixdən dövlət sərhədinin Kirants istiqamətindəki 5,8 kilometrlik hissəsində mühafizə prosesi keçid sxeminə uyğun olaraq həyata keçiriləcək.

oxu.az