📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvan KTMT sammitinə qoşulmadı, KTMT başçısı İrəvana yollanacaq

2023-11-23 14:41:11

İrəvan KTMT sammitinə qoşulmadı, KTMT başçısı İrəvana yollanacaq

Hurriyyet.az xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov qurumun Minsk şəhərində keçirilən sammitindən sonra İrəvana səfər edəcək. Bu məlumatı Belarus XİN rəhbəri Sergey Aleynik jurnalistlərin qarşısında çıxış edərkən verib. Aleynik erməni həmkarı Ararat Mirzoyan ilə telefonla danışdığını deyib və əlavə edib: “Biz razılaşdıq ki, sammitin nəticələrinə görə, KTMT-nin baş katibi İrəvana səfər etsin”. Aleynik Ermənistan təmsilçilərinin iştirakı olmasa belə, sammitdə qəbul edilən bütün qərarların tamamilə legitim olduğunu söyləyib. KTMT-nin baş katibi sammitdə qəbul edilən qərarları onlara qoşulub imzalaması üçün erməni tərəfinə təqdim edəcək.

Hürr Tərcüman