📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvan KTMT-yə 53 milyon ödəməlidir - Vasilyev

2024-07-13 10:58:26

İrəvan KTMT-yə 53 milyon ödəməlidir - Vasilyev

Ermənistanın 2025-ci il üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ödəməli olduğu üzvlük haqqı hesablanacaq.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın təşkilat yanında daimi nümayəndəsi Viktor Vasilyev deyib.

“2025-ci ilin büdcə layihəsinə baxılacaq, bütün maddələr buna uyğun hesablanacaq”, - o bildirib.

V.Vasilyevin sözlərinə görə, İrəvanın haqqı ödəyib-ödəməyəcəyi ölkə rəhbərliyinin siyasi iradəsidir.

O qeyd edib ki, KTMT-nin büdcəsi bütün üzv ölkələr arasında bölüşdürülür - Rusiya ümumi məbləğin yarısını, qalan 50%-i isə digər beş dövlət, hər biri 10 % ödəməlidir:

“Ermənistanın 2024-cü il üçün ödəməli olduğu məbləğ 53,22 milyon rubl müəyyən edilib”.