📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvan Moskvanın növbəti dəvətinə rədd cavabı verib

2024-04-09 08:33:36

İrəvan Moskvanın növbəti dəvətinə rədd cavabı verib

Hurriyyet.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək iclasında iştirak etməyəcək.
"Sputnik Ermənistan" agentliyinin məlumatına görə, bu xəbəri Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan verib.
İclasın 12 aprel tarixində keçirilməsi planlaşdırılıb.
Hürr Tərcüman